Gürcüstan patriarxı GMİ rəhbərliyi ilə Keşikçi Dağı ilə bağlı məsələni müzakirə edib

Gürcüstan patriarxı GMİ rəhbərliyi ilə Keşikçi Dağı ilə bağlı məsələni müzakirə edib Gürcüstan patriarxı II İlya Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərliyi ilə görüş keçirib.
Xarici siyasət
8 May , 2019 18:23
Gürcüstan patriarxı GMİ rəhbərliyi ilə Keşikçi Dağı ilə bağlı məsələni müzakirə edib

Gürcüstan patriarxı II İlya Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərliyi ilə görüş keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdə GMİ sədri Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Yasin Əliyev iştirak ediblər.

Görüşdə Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ müzakirə olunub.

II İlya məbəd-kompleksi ilə bağlı yaranmış vəziyyətin tezliklə ədalətli və sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi