Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Gürcüstan Azərbaycana yeni səfir təyin edib Tbilisi. 27 avqust. REPORT.AZ/ Gürcüstan Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.
Xarici siyasət
27 Avqust , 2018 21:05
Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Tbilisi. 27 avqust. REPORT.AZ/ Gürcüstan Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qonşu ölkə prezidenti Giorgi Marqvelaşvilinin imzaladığı fərmana görə, bu vəzifəni Zurab Pataradze icra edəcək.

Z.Pataradze 2016-cı ilin iyulundan 2018-ci ilin iyuluna qədər Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı olub. Bundan öncə o, Gürcüstanın Yunanıstanın Saloniki şəhərində baş konsulu (2009-2010), Türkiyənin İstanbul şəhərində baş konsulu (2011-2012), Türkiyə (2012-2013) və Qazaxıstandakı səfiri vəzifələrini tutub (2013-2016).

Son xəbərlər

Orphus sistemi