Yuxarı

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vitse-spikerlikdən istefa verib

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vitse-spikerlikdən istefa verib

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri vitse-spiker vəzifəsindən rəsmən istefa verib.

“Report”un yerli bürosu bildirir ki, Z.Dzidziqurinin istefası ilə bağlı müraciət artıq parlamentin bürosuna təqdim olunub.

Z.Dzdidziquri ilə yanaşı, digər sədr müavini Tamar Çuqoşvili, Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava, Təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşi və Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava da qanunverici orqanda tutduqları vəzifələrdən rəsmən istefa veriblər.

Hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib ki, parlamentdə boş qalan vəzifələrə təyinatlarla bağlı müzakirələr aparılır.

Onun sözlərinə görə, müvafiq qərarların gələn həftə qəbul ediləcəyi gözlənilir: “Mən parlamentdə heç bir vəzifə tutmayacağam. Partiyadakı fəaliyyətimlə məşğul olacağam”.

Qeyd edək ki, Gürcüstanda parlament çoxluğundan 12 deputat istefa verib. Buna səbəb noyabrın 14-də proporsional seçki sisteminə keçid barədə qanunun qəbul edilməməsi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi