GUAM-ın Baş katibi Gürcüstanın xarici işlər naziri ilə ilə görüşüb

GUAM-ın Baş katibi Gürcüstanın xarici işlər naziri ilə ilə görüşüb Görüşdə təşkilatın 20 illik yubileyi ilə əlaqədar gündəlikdə duran məsələlər müzakirə olunub
Xarici siyasət
8 Oktyabr , 2017 09:50
GUAM-ın Baş katibi Gürcüstanın xarici işlər naziri ilə ilə görüşüb
Foto: Report.az

Tbilisi. 8 oktyabr. REPORT.AZ/ Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev oktyabrın 8-də Tbilisidə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canalidze ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə təşkilatın 20 illik yubileyi ilə əlaqədar qurumun gündəliyində olan məsələlərə toxunulub.

Həmçinin regional əməkdaşlıq, bölgədə və dünyada gedən siyasi, iqtisadi proseslər, strateji tərəfadaşlığın genişləndirilməsi, ABŞ, Yponiya, Vişeqdrad qrupu, Baltikyanı ölkələr ilə əlaqələrin inkişaf perpsketivləri, təhlükəsizlik v s. məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi