GUAM-ın baş katibi Altay Əfəndiyev Moldovaya səfər edəcək

GUAM-ın baş katibi Altay Əfəndiyev Moldovaya səfər edəcək O, Kiyevdə Moldovanın Ukraynadakı səfiri ilə görüşüb
Xarici siyasət
20 Yanvar , 2016 17:53
GUAM-ın baş katibi Altay Əfəndiyev Moldovaya səfər edəcək

Bakı. 20 Yanvar. REPORT.AZ/ GUAM-ın baş katibi Altay Əfəndiyev Kiyevdə Moldovanın Ukraynadakı səfiri Ruslan Bolboçanla görüşüb.

"Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə tərəflər təşkilatın işlərinin cari vəziyyəti və GUAM çərçivəsində əməkdaşlığın perspektivlər və əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə sıx əməkdaşlıq barəsində razılaşma əldə olunub. Eyni zamanda GUAM-ın baş katibinin yaxın günlərdə Moldovaya edəcəyi işgüzar səfər müzakirə olunub.

Qeyd edək ki, azərbaycanlı diplomat Altay Əfəndiyev 2016-cı il yanvar 1-dən GUAM-ın baş katibi kimi vəzifəsində fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi