GUAM hökumət başçıları Kiyevdə azad ticarət zonasının yaradılmasını müzakirə edəcək

GUAM hökumət başçıları Kiyevdə azad ticarət zonasının yaradılmasını müzakirə edəcək Ukrayna baş naziri GUAM-ın baş katibi və təşkilata üzv ölkələri səfirliklərinin rəhbərləri ilə görüş keçirib
Xarici siyasət
6 İyul , 2016 10:55
GUAM hökumət başçıları Kiyevdə azad ticarət zonasının yaradılmasını müzakirə edəcək

Bakı. 6 iyul. REPORT.AZ/ Ukraynanın baş naziri Vladimir Qroysman GUAM-ın baş katibi Altay Əfəndiyev və təşkilata üzv ölkələrin səfirliklərinin rəhbərləri ilə görüş keçirib.

"Report" Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş nazir GUAM ölkələrinin həm çoxtərəfli əməkdaşlıq, həm də ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensiala malik olduğunu vurğulayıb. 

Onun sözlərinə görə, nəqliyyat və tranzit potensialının istifadə olunmasına xüsusilə diqqət ayırılmalıdır.  

V.Qroysman GUAM-a üzv ölkələrin hökumət başçılarının bu ilin payızında Kiyevdə görüşünün təşkil olunması təşəbbüsü ilə çıxış edib: "Diqqət mərkəzində azad ticarət zonasının tətbiq olunması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı biznes orqanlarının yaradılması imkanı dayanmalıdır". 

Tərəflər həmçinin ölkələrin ikitərəfli əməkdaşlığının aktual məsələlərini, o cümlədən ticarət dövriyyəsinin artırılması və birgə infrastruktur layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. 

Qeyd edək ki, görüşdə Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev iştirak edib. 

Son xəbərlər

Orphus sistemi