Gəncə və Təbriz şəhərləri qardaşlaşacaq

Gəncə və Təbriz şəhərləri qardaşlaşacaq Gəncə şəhərinin İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev Təbrizə səfər edəcək
Xarici siyasət
26 Yanvar , 2015 10:15
Gəncə və Təbriz şəhərləri qardaşlaşacaq

Bakı. 26 yanvar. REPORT.AZ/ Gəncə ilə Təbriz şəhərləri qardaşlaşacaq.

Bu barədə "Report"a açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Məlumata görə, bununla əlaqədar fevralın 7-də Gəncə şəhəri İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev Təbrizə səfər edəcək.

İkigünlük səfər zamanı E.Vəliyev İranın Şərqi Azərbaycan vilayətinin ostandarı İsmayil Cabbarzadə və digər rəsmiləri ilə görüşəcək.

Səfər zamanı Gəncə ilə Təbriz şəhərlərinin qardaşlaşması ilə bağlı sazişin imzalanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi