Gələn il üçün beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqına görə xərclərin məbləği artırılıb

Gələn il üçün beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqına görə xərclərin məbləği artırılıb Ötən il bu vəsait 193.3 mln. manat olmuşdu
Xarici siyasət
29 Sentyabr , 2016 13:13
Gələn il üçün beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqına görə xərclərin məbləği artırılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanda dövlət büdcəsində gələn il üçün beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqına təklif edilən xərclərin məbləği açıqlanıb. 

"Report"un məlumatına görə, 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı üçün ayrılması nəzərdə tutulan xərclərin miqdarı 237 mln. manat göstərilib.

Qeyd edək ki, 2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqına görə xərclərin məbləği 193.3 mln. manat olmuşdu. 

Son xəbərlər

Orphus sistemi