Fuad İsgəndərov: "Ermənistanın indiki hökumətinin "təmiz hava" və "təzə qan"a ehtiyacı var"

Fuad İsgəndərov: "Ermənistanın indiki hökumətinin "təmiz hava" və "təzə qan"a ehtiyacı var" Bakı. 28 may. REPORT.AZ/ Əvvəlki Ermənistan hökuməti münaqişənin həllində radikal destruktiv siyasət yürüdürdü və bu da danışıqların normal gedişinə maneə törədirdi. İndiki hökumət bu siyasətin nəticələri ilə üzləşib. Hazırda mövcud olan böhranlı iqtisadiyyatı dirçəltmək üçün onların təmiz hava və təzə qana ehtiyacları var. Onlar regionda həyata keçirilən layihələrin reallaşdırılmasında tamhüquqlu iştirakçı olmaq üçün çalışmalıdırlar. Bu yalnız qonşu ölkələrlə normal münasibətlərin qurulması yolu ilə mümkündür.
Xarici siyasət
28 May , 2018 12:00
Fuad İsgəndərov: Ermənistanın indiki hökumətinin təmiz hava və təzə qana ehtiyacı var

Bakı. 28 may. REPORT.AZ/ "Əvvəlki Ermənistan hökuməti münaqişənin həllində radikal destruktiv siyasət yürüdürdü və bu da danışıqların normal gedişinə maneə törədirdi. İndiki hökumət bu siyasətin nəticələri ilə üzləşib. Hazırda mövcud olan böhranlı iqtisadiyyatı dirçəltmək üçün onların "təmiz hava" və "təzə qan"a ehtiyacları var. Onlar regionda həyata keçirilən layihələrin reallaşdırılmasında tamhüquqlu iştirakçı olmaq üçün çalışmalıdırlar. Bu yalnız qonşu ölkələrlə normal münasibətlərin qurulması yolu ilə mümkündür."

"Report" xəbər verir ki, bunu Azərbaycanın Belçikadakı səfiri, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Fuad İsgəndərov "Euractiv" jurnalına müsahibəsində bildirib.

O, "Ermənistanın indiki rəhbərliyinə dair nikbinlik hiss edə bilərikmi" sualına belə cavab verib: "Təəssüf ki, münaqişənin həlli ilə bağlı məsələlərin həllində yeni rəhbərliyin hərəkətləri nikbinlik üçün hələlik əsas vermir. Baş nazir seçildikdən sonra elə ilk günlərdə işğaldan əvvəl əhalisinin əksəriyyətini etnik azərbaycanlıların təşkil etdiyi Şuşanın işğalının ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün işğal edilmiş ərazilərə səfər edib. O, orada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini bildirib və "yeni münaqişə tərəflərinin" danışıqlarda iştirak edilməsi təşəbbüsü ilə çıxış edib. Bu, ATƏT-in Minsk qrupunun danışıqlar formatına sığmır."

Azərbaycanlı səfir diqqətə çatdırıb ki, təkəri yenidən icad etməyə ehtiyac yoxdur: "Yeni hökumətin təcavüzkar ritorikasının ardınca erməni silahlı qüvvələri Naxçıvanda iki ölkə arasındakı sərhəddə təxribat törədib, nəticədə azərbaycanlı əsgər həlak olub. Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə Minsk qrupunun həmsədrləri ilə görüşüb, orada substantiv danışıqların davam etdirilməsində Azərbaycanın maraqlı olduğunu təsdiqləyib. Beləliklə, siz iki müxtəlif yanaşma görə bilərsiniz. Bir tərəfdən, konstruktiv yanaşma, digər tərəfdən isə davam edən təcavüzkar hərəkətlər və ritorika. Ümid edirəm ki, beynəlxalq birlik bunu adekvat qiymətləndirəcək".

Son xəbərlər

Orphus sistemi