Bakı. 18 iyul. REPORT.AZ/ Nitsada törədilmiş terror aktı ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
Səfirlikdən "Report"a verilən məlumata görə, kitab bu gün və sabah saat 10:00-dan 13:00-dək və 15:00-dan 18:00-dək açıq olacaq.
Xatırladaq ki, Tunis əsilli fransızın Nitsada törətdiyi terror aktı nəticəsində 84 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Terror hücumuna görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Hadisə ilə əlaqədar Fransada iyulun 16-dan etibarən üç günlük matəm elan edilib.