Səfir: "Fransanın dərdinə şərik çıxan Azərbaycan xalqına təşəkkür edirəm"

Səfir: "Fransanın dərdinə şərik çıxan Azərbaycan xalqına təşəkkür edirəm" Səfir Aurelia Buşez Parisdə törədilən terror aktı ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyi qarşısında çıxış edib
Xarici siyasət
14 Noyabr , 2015 16:22
Səfir: Fransanın dərdinə şərik çıxan Azərbaycan xalqına təşəkkür edirəm

Bakı. 14 noyabr. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez Parisdə noyabrın 13-də törədilən terror aktı ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyi qarşısında çıxış edib.

"Report"un məlumatına görə, fransalı səfir bildirib ki, olayla bağlı ölkədə 3 günlük matəm elan olunub və Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollanda məktub göndərərək, başsağlığı verib. 

A.Buşez həmçinin Fransanın dərdinə şərik çıxan və səfirlik qarşısında gülləri gətirən Azərbaycan xalqına təşəkkürlərini bildirib.

Son xəbərlər

Orphus sistemi