Fransalı vəkil insanları qaçqın statusu almağın şərtləri barədə düzgün məlumatlandırmağa çağırıb

Fransalı vəkil insanları qaçqın statusu almağın şərtləri barədə düzgün məlumatlandırmağa çağırıb “Fransada sığınacaq hüququ, yəni qaçqın statusu almağın şərtləri barədə insanlar düzgün məlumatlandırılmalıdırlar. Çünki sığınacaq hüququ almaq üçün lazımi meyarlara uyğun gəlməyən şəxslərə mənfi cavab verilir. Bunun da bir sıra ağır nəticələri ola bilər.
Xarici siyasət
16 Sentyabr , 2019 15:45
Fransalı vəkil insanları qaçqın statusu almağın şərtləri barədə düzgün məlumatlandırmağa çağırıb

“Fransada sığınacaq hüququ, yəni qaçqın statusu almağın şərtləri barədə insanlar düzgün məlumatlandırılmalıdırlar. Çünki sığınacaq hüququ almaq üçün lazımi meyarlara uyğun gəlməyən şəxslərə mənfi cavab verilir. Bunun da bir sıra ağır nəticələri ola bilər". 

Bu fikirləri “Report”un Fransa bürosuna açıqlamasında Strasburq Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Tyeri Edmond bildirib.

O, Fransanın Qaçqınlar və Vətəndaşlığı Olmayanlar üzrə İdarəsi (OFPRA), daha sonra isə Sığınacaq Hüququ üzrə Fransa Milli Məhkəməsindən (CNDA) mənfi cavab alan qaçqınların vəziyyətinə də aydınlıq gətirib: “Fransada sığınacaq üçün müraciət edən şəxsə 3, yaxud 6 ay, ola bilsin, 2 ildən sonra yekun cavab gəlir. Əgər bu cavab mənfi olarsa, ardınca ondan ölkəni tərk etməsi istənilir. Əks təqdirdə, həmin şəxslər Fransada qanunsuz şəkildə qalmış olurlar. Ona görə də müraciətinə mənfi cavab verilən ailə qaldıqları mənzildən qısa müddətdə çıxmaq məcburiyyətində qalır. Beləliklə, sənədsiz qalan ailə bütün hüquqlarından, habelə tibbi sığorta, sosial təminatlardan, mənzilindən məhrum olunurlar. Bütün bunlar insanı və ailəsini yoxsulluğa düçar edir. Bu səbəbdən sığınacaq haqqında insanları düzgün məlumatlandırmamaq onları yoxsulluğa atmağa bərabərdir. İnsanlara olmayan yerdən ümid vermək onların həyatına böyük zərər yetirə bilər".

Son xəbərlər

Orphus sistemi