Fransalı vəkil: "Azərbaycan “təhlükəli“ ölkələr siyahısında olmadığından azərbaycanlı qaçqınlara mənfi cavab verilir"

Fransalı vəkil: "Azərbaycan “təhlükəli“ ölkələr siyahısında olmadığından azərbaycanlı qaçqınlara mənfi cavab verilir" “Azərbaycan “təhlükəli“ ölkələr sırasında deyil. Bu da Fransada sığınacaq üçün müraciət edən azərbaycanlı qaçqınların mənfi cavab almalarının əsas səbəblərindəndir“.
Xarici siyasət
11 Sentyabr , 2019 17:24
Fransalı vəkil: Azərbaycan “təhlükəli“ ölkələr siyahısında olmadığından azərbaycanlı qaçqınlara mənfi cavab verilir

“Azərbaycan “təhlükəli“ ölkələr sırasında deyil. Bu da Fransada sığınacaq üçün müraciət edən azərbaycanlı qaçqınların mənfi cavab almalarının əsas səbəblərindəndir“.

Bu fikirləri “Report”un Fransa bürosuna Strasburq Vəkillər Kollegiyasının üzvü, hüquqşunas Tyeri Edmond bildirib. 

Onun sözlərinə görə, işə baxılarkən qaçqının gəldiyi ölkədə müharibənin, vətəndaşlar arasında açıq toqquşmaların olub-olmaması faktı böyük rol oynayır: "Məsələn, Suriyanı götürək. Bu ölkədə daxili toqquşmalar, münaqişələr zəminində təhlükə də olduqca çoxdur. Sığınacaq hüququ, yəni qaçqın statusu da məhz bu səbəbdən verilir. 

Əgər hər hansı bir şəxs müxalif fikirlərə, müxalif düşüncələrə sahibdirsə, bu, ona Fransada sığınacaq almaq hüququ üçün əsas vermir. İnsan öz ölkəsində işgəncələrə, təqiblərə məruz qalmalıdır və bu təqiblərin sonu olmadığı sübuta yetirilməlidir“.

Son xəbərlər

Orphus sistemi