Fransalı diplomat: "Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyirik"

Fransalı diplomat: "Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyirik" Elmar Məmmədyarov Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjən ilə görüşüb
Xarici siyasət
26 Aprel , 2017 18:27
Fransalı diplomat: Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyirik

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikası Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və hər iki ölkə prezidentinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərə mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.

Florans Manjən Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Fransaya baş tutan səfərini çox məhsuldar olduğunu dedi və ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, həmçinin, Fransa şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sferasında, xüsusən də kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində işləməkdə maraqlı olduqlarını qeyd edib.

Nazir Elmar Məmmədyarov enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın mövcudluğunu misal çəkərək, digər sahələrdə də fransız şirkətlərinin fəaliyyəti üçün əlverişli imkanların olduğunu bildirib. Nazir TAP layihəsi, eləcə də Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə görülən işlər, habelə bu layihələrin perspektivlərindən danışıb.

Florans Manjən iki fransız bankının sözügedən layihələrinin maliyyələşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi üzrə aparılan danışıqlara toxunub. Fransalı diplomat ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsini və bu sazişin tezliklə imzalanmasını dəstəklədiyini bildirib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən söz açıb və həlli uzadılmış münaqişələrin həllinə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət kimi vahid prinsiplərdən çıxış edilməsinin vacibliyini qeyd edib. O, zor gücünə dövlətlərin tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməzliyini və bunun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb. O, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdikləri kimi indiki status-quonu qəbuledilməz və qeyri-davamlı olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi