Fransalı deputat: "Emmanuel Makrona görə Fransa artıq borca düşə bilər"

Fransalı deputat: "Emmanuel Makrona görə Fransa artıq borca düşə bilər" Paris. 13 dekabr. REPORT.AZ/ Fransa Milli Assambleyasının (Parlament) Xarici işlər üzrə komissiyasının üzvü Jerom Lamber Fransa Prezidenti Emmanuel Makronun bazar ertəsi “Sarı jiletlilər“ in 17 noyabrdan keçirdikləri etiraz aksiyasına münasibətdə bəyan etdiyi tədbirləri “Report“un Qərbi Avropa bürosuna şərh edib.
Xarici siyasət
13 Dekabr , 2018 16:14
Fransalı deputat: Emmanuel Makrona görə Fransa artıq borca düşə bilər

Paris. 13 dekabr. REPORT.AZ/ Fransa Milli Assambleyasının (Parlament) Xarici işlər üzrə komissiyasının üzvü Jerom Lamber Fransa Prezidenti Emmanuel Makronun bazar ertəsi “Sarı jiletlilər“ in 17 noyabrdan keçirdikləri etiraz aksiyasına münasibətdə bəyan etdiyi tədbirləri “Report“un Qərbi Avropa bürosuna şərh edib.

“Bu tədbirlər özü-özlüyündə mənfi deyil. Lakin onları kim maliyyələşdirəcək? Fransada Prezidenti Emanuel Makronun bəyan etdiyi tədbirlərin maliyyələşməsində, təəsüflər olsun ki, Fransanın varlı təbəqəsinin iştirak etməsi nəzərdə tutulmayıb. Emanuel Makron Prezident seçiləndən - 18 aydan bəri əhalinin yalnız bir neçə mininə, yəni 0,1 faizinə olunan hədiyyələrə, vergilərə əl vurulmur. Bundan belə qənaətə gəlirik ki, bu tədbirlər hansı təbəqəyə aiddirsə - kasıb və orta - onlar özləri də onarı ödəməli olacaqlar. Beləliklə, Fransa bundan da artıq borca düşə bilər. Artıq 3 faizə çatmış defisit daha da arta bilər. Çox gözəl bilirik ki, borcu hər zaman qaytarmaq lazımdır. Lakin cənab Makron son zamanlar varlı fransalılara verdiyi hədiyyələrə toxunmaq istəmir. Bu siyasət bir az ikiüzlüdür desək yanılmarıq. Çünki, bü gün kasıb və orta təbəqəyə verilən imtiyazları onlar özləri ödəməli olacaqlar, varlı təbəqə yox”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu tədbirlər eyni zamanda yarımçıq xarakter daşıyır: “Minimum maaşa (SMİC) işləyən insanların gəlirinin 100 avro artırılması nəticə etibarilə heç də həqiqi artıma bərabər deyil. Bu sosial üzvlük haqlarının endirilməsidir. Bu, o deməkdir ki, ictimai-sosial sığortanı boşaldırıq. İctimai-sosial sığortaya gedən pullar istiqamətini dəyişib maaş formasında birbaşa işçilərə ödəniləcək. Bəs belə olan halda, ictimai sosial sığortanın vəziyyəti necə olacaq? Bunu qısa zamanda gələcək göstərəcək. Təqaüdçülərin sosial ödənişlərinin azaldılmasına gəldikdə isə, bilirsiniz ki, Emmanuel Makron məcburi üzvlük haqqı olan CSG-ni (ümumiləşmiş sosial yardım) ən çox kasıblar üçün yox, amma kasıblar üçün azaltmışdı. 1200 avrodan artıq təqaüdü olan və tək yaşayan yaşlılar, 1800 avrodan artıq təqaüdü olan və cüt yaşayan yaşlılar bu məcburi üzvlük haqqını ödəyirdilər. Bundan sonra yalnız cütlüklər və 2000 avrodan artıq təqaüdi olanlar bu məcburi üzvlük haqqını ödəyəcəklər. Bilmək lazımdır ki, yaşlıların çoxu cütlüklərdir. Əlbətdə, belə hallar da olur ki, cütlükdən biri həyatını dəyişsin, lakin yaşlıların böyük əksəriyyətini cütlüklər təşkil edirlər. Beləliklə, demək olar ki, bu tədbir əhalinin çox az bir qisminə - digərlərindən 200 avro çox alan təqaüdçülərə aiddir. Bu özü-özlüyündə bir böyük inqilab deyil. İki nəfər üçün 2000 avro təqaüd elə də böyük bir rəqəm deyil. Bu gün Fransa xalqı bu tədbirlər ətrafında fikir mübadiləsi edir. Hesab edirəm ki, Fransada başlamış bu sosial hərəkat davam edəcək. İnsanlar başa düşüblər ki, onlar üçün olunanlar çox azdır və ədalətsizlik davam edəcək. Fransa Prezidenti varlılara verdiyi imtiyazları geri götürmək istəmədiyini bir daha bu tədbirlərlə nümayiş etdirdi. O, son ildə varlılara verdiyi hədiyyələri azaltmaq üçün heç bir tədbir görmək istəmədiyini bir daha nümayiş etdirdi”, - deyə J.Lamber vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi