Avropa Şurası Nazirlər Komitəsinin sədri: “Fransada insanlar yanacağın qiymətinin qalxması ilə bağlı çox narahatdırlar”

Avropa Şurası Nazirlər Komitəsinin sədri: “Fransada insanlar yanacağın qiymətinin qalxması ilə bağlı çox narahatdırlar” Strasburq. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva ilə AŞPA-nın qış sessiyası çərçivəsində iclasda Finlandiyanın Xarixi İşlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Timo Soini arasında dialoq baş verib.
Xarici siyasət
22 Yanvar , 2019 16:42
Avropa Şurası Nazirlər Komitəsinin sədri: “Fransada insanlar yanacağın qiymətinin qalxması ilə bağlı çox narahatdırlar”

Strasburq. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva ilə AŞPA-nın qış sessiyası çərçivəsində iclasda Finlandiyanın Xarixi İşlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Timo Soini arasında dialoq baş verib.

“Report”un Qərbi Avropa bürosunun məlumatına görə, Q.Paşayeva T.Soiniyə belə bir müraciət edib: “Biz Avropa siyasi mənzərəsində qitə boyu mühüm və vacib məsələlərin siyasi və ictimai müzakirəsinə təsir göstərmək və geniş yayılmış hiss və üstünlükləri dəyişdirmək potensialına malik populist qüvvələrin artma meylini müşahidə edirik. Baş katib özünün 2017-ci il insan haqları, demokratiya və qanunun aliliyinin vəziyyəti ilə bağlı hesabatında bu təhlükəli meyli xüsusi vurğulayır və üzv dövlətləri “Avropada populizmin dözülən və adi hal almasına səbəb olan bütün dəyişikliklərə fəal qaydada müqavimət göstərməyə” çağırır. Davam edən meyllər fonunda mən cənab Nazirdən birləşmiş və ümumi Avropanın gələcəyi ilə bağlı bu həlledici məsələlərə lazımi qaydada əməl etməni təmin etmək üçün Nazirlər Kabineti tərəfindən nəzərdə tutulan aparılan və ya planlanmış təşəbbüslər və ya fəaliyyətlər barədə məlumat verməyinizi xahiş edirəm“.

Timo Soini isə cavabında bildirib: “Bu çox maraqlı sualdır, xüsusilə tarixi baxımdan böyük əhəmiyyət daşıyır. Mən bu mövzunu araşdırmışam, amma bir çoxları deyir ki, mən bunu tətbiq etmişəm. İnsanlar bəzən siyasi təmsilçilərinin hüququnun artıq olduğunu fikirləşirlər. Yeni-yeni qanunlar çıxır, yeni partiyalar yaranır. Çox insanlar özlərinin gündəlik həyatında bəzi məsələlərlə bağlı narahatlıq ifadə edirlər. Bəzi insanlar hesab edirlər ki, onları eşidən yoxdur. Bu insanlar özlərini tamamilə atılmış hiss edirlər. Biz 5-6 ildən bir keçirilən seçkilərdən başqa digər strukturlarla silahlanmalıyıq və bu zaman QHT-lər öz yerlərini bu strukturlarda tapacaqlar. Misal üçün gənclər iqlimin korlanması məsələsi ilə bağlı çox böyük narahatlıq ifadə edirlər. Yaşlıların digər problemlərlə bağlı narahatlıqları var. Fransada insanlar yanacağın qiymətinin qalxması ilə bağlı çox narahatdırlar. Onlar pis insanlar deyillər, onlar həyəcan keçirən insanlardır və onların bu həyəcanları nəzərə alınmalıdır. Bunlar bir çağırışdır. Burada zorakılıq tamamilə uzaqlaşdırımalıdır. Biz çox müxtəlif fikirlərə malik ola bilərik. Bu zaman müzakirə etməliyik. Bəzi insanlar sağçılardır, bəziləri solçular. Lakin bizim ümumi xüsusiyyətimiz odur ki, biz seçilmişik. Fikir ayrılığımız olsa belə, xalq tərəfindən seçilənlərik“ - deyə o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi