Fransa Senatında ADR-in 100 illiyi qeyd ediləcək

Fransa Senatında ADR-in 100 illiyi qeyd ediləcək Paris. 25 may. REPORT.AZ/ Fransa Senatında mayın 29-da Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr edilən dəyirmi masa keçiriləcək.
Xarici siyasət
25 May , 2018 11:25
Fransa Senatında ADR-in 100 illiyi qeyd ediləcək
0 : 00
0 : 00

Paris. 25 may. REPORT.AZ/ Fransa Senatında mayın 29-da Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr edilən "dəyirmi masa" keçiriləcək.

"Report"un Qərbi Avropa bürosunun xəbərinə görə, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbirə Azərbaycanın Fransadakı səfirliyi və Fransa Senatında Qafqaz Qrupunun rəhbəri, senator Alən Uper də dəstək verir.

Müzakirələrdə Fransanın nüfuzlu institutlarından olan Ali təhsil üzrə Praktiki Məktəbin tədqiqat direktoru Gilles Otiye, Sosial Elmlər üzrə Ali Məktəbin elmlər namizədi Jorj Mamuliya iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi