Fransa səfiri Şamaxı rayonunda olub

Fransa səfiri Şamaxı rayonunda olub Xanım Orelya Buşezi Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ilə görüşüb
Xarici siyasət
24 Yanvar , 2017 19:06
Fransa səfiri Şamaxı rayonunda olub

Bakı. 24 yanvar. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri  xanım Orelya Buşez Şamaxıya səfər edib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ilə görüş zamanı səfir Fransanın və Azərbaycanın regionları arasında qeyri-mərkəzləşdirilmiş formada əməkdaşlığın əhəmiyyətini və Fransanın Azərbaycan iqtisadiyyatının diversifikasiyası strategiyasına dəstəyini vurğulayıb.

O, Şamaxı rayonunun kənd təsərrüfatı, üzümçülük və turizm kimi sahələrdə fəaliyyətindən və həyata keçirilən layihələrdən, eləcə də fransız dilinin məktəblərdə tədrisindən məmnun olduğunu bildirib.

Səfir üzüm sahələrinə baş çəkib və burada regionun iki şərab istehsalçısı- "Az-Granata" və "Şirvan Şərab" şirkətlərinin nümayəndələri ilə görüşüb. O.Buşez fransız şirkətləri ilə əməkdaşlıqdan razı qaldığını söyləyib.

Son xəbərlər

Orphus sistemi