Bakı. 3 noyabr. REPORT.AZ/ Fələstinin xarici işlər naziri Riyad əl-Maliki noyabrın 4-dən 6-dək Azərbaycana səfər edəcək.
Bu barədə "Report"a Fələstin dövlətinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim məlumat verib.
Səfər zamanı Fələstin xarici işlər naziri Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, eləcə də noyabrın 5-də Bakıda keçiriləcək Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin görüşünə sədrlik edəcək.