Estoniya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

Estoniya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" "Bu münaqişənin həlli üçün hər cür səy göstərəcək ATƏT-in Minsk qrupundan savayı, başqa heç bir format olmadığına inanıram"
Xarici siyasət
12 İyun , 2017 14:24
Estoniya XİN başçısı: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur

Bakı. 12 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Dinc yolla nizamlanma münaqişə tərəflərinin maraqlarına xidmət edir".

"Report" xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Sven Mikser azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.

Estoniya XİN rəhbəri münaqişə tərəflərini hərbi ritorikanı dayandırmağa çağırıb: "Bu münaqişənin həlli üçün hər cür səy göstərəck ATƏT-in Minsk qrupundan savayı, başqa heç bir format olmadığına inanıram".

S.Mikser bildirib ki, Azərbaycan və Estoniyanın bir sıra sahələrdə, o cümlədən təhsil, informasiya texnologiyaları sahəsində əlaqələri genişləndirmək üçün böyük potensialı var.

"Aİ-nin sədrliyi dövründə iddialı gündəliyə malikik. Avropada təhlükəsizliyin təmin edilməsi baxımından bütün məsələlər vacibdir. Həmçinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqaməti də əsas məsələlərdən olacaq.

Azərbaycan və Avropa İttifaqının strateji əməkdaşlığa dair saziş imzalayacağına ümid edirəm. Bizim üçün sazişin məzmunu çox vacibdir, o həmçinin rəsmi Bakı və Tallin arasındakı münasibətlərə də müsbət təsir göstərəcək", - XİN rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi