Bakı. 28 fevral. REPORT.AZ/ Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Bakıda səfərdədirlər.
"Report" xəbər verir ki, nümayəndə heyətinə dostluq qrupunun sədr müavini Eynar Valbaum rəhbərlik edir.
Estoniyalı parlamentarilər Fəxri xiyabanı və Şəhidlər xiyabanını, habelə Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Bundan başqa, parlament üzvləri Milli Məclisdə olaraq, azərbaycanlı həmkarları ilə görüşüblər.