Ermənistan vətəndaşının Dağlıq Qarabağdakı separatçı rejimin ombudsmanı kimi çıxışının qarşısı alınıb

Ermənistan vətəndaşının Dağlıq Qarabağdakı separatçı rejimin ombudsmanı kimi çıxışının qarşısı alınıb Elmira Süleymanova Avropa Ombudsmanlar İnstitutunun Baş Assembleyasının iclasında iştirak edib
Xarici siyasət
28 Sentyabr , 2017 18:08
Ermənistan vətəndaşının Dağlıq Qarabağdakı separatçı rejimin ombudsmanı kimi çıxışının qarşısı alınıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan ombudsmanı Elmira Süleymanova bu günlərdə Rumıniyanın Buxarest şəhərində üzvü olduğu Avropa Ombudsmanlar İnstitutunun Baş Assembleyasının iclasında iştirak edib.

Ombudsman Aparatından "Report"a verilən məlumata görə, E.Süleymanova BMT tərəfindən 2015-ci ildə qəbul edilən Dayanaqlı İnkişaf Məqsədlərinin icrasında Ombudsman və Milli İnsan Hüquqları institutlarının rolununun əhəmiyyətinə diqqət çəkib, bu istiqamətdə Azərbaycan təcrübəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O eyni zamanda Azərbaycan Ombudsman İnstitutunun da üzvü olduğu Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı tərəfindən qəbul olunan Merida deklarasiyasına da toxunub, həmin deklarasiyada insan hüquqları təsisatların üzərinə düşən funksiya və vəzifələr barədə də danışıb. Daha sonra dünyada sülhün və ədalətin bərqərar olması naminə Ombudsman İnstitutlarını həmrəyliyə və əməkdaşlığa çağırıb, bununla bağlı bir sıra təkliflər səsləndirib.

Tədbirdə Avropa Ombudsmanlar İnstitutunun fərdi üzvü, Ermənistan vətəndaşı olan Ruben Məlikyanın Dağlıq Qarabağdakı separatçı rejimin ombudsmanı kimi məruzə ilə çıxış etməsinin Azərbaycan ombudsmanın əsaslandırılmış, təkidli etirazları nəticəsində qarşısı alınıb. Əvvəllər də Avropa Ombudsman İnstitutuna işğal olunan Dağlıq Qarabağ ərazisində hökm sürən separatist rejimə dəstək verilməsi ilə bağlı Azərbaycan ombudsmanı tərəfindən etirazlar edilib. Bu etirazlar nəticəsində sözügedən quruma institusional üzv kimi daxil edilmiş “Dağlıq Qarabağ Respublikası"nın "ombudsmanı” həmin üzvlükdən çıxarılıb.

Tədbirdə Azərbaycan ombudsmanı Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunduğunu və bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşdüyünü iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda ombudsman BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən məlum dörd qətnaməsini diqqətə çatdırıb və indiyədək bu qətnamələrin Ermənistan tərəfindən icra olunmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi