Prezident İlham Əliyev: "Ermənistan danışıqlardan yayınır" - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev: "Ermənistan danışıqlardan yayınır" - ƏLAVƏ OLUNUB Azərbaycan Prezidenti BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib
Xarici siyasət
20 Sentyabr , 2017 18:09
Prezident İlham Əliyev: Ermənistan danışıqlardan yayınır - ƏLAVƏ OLUNUB

Bakı. 20 sentyabr. REPORT.AZ/ Sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban ƏliyevaLeyla Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. 

ATƏT-in Minsk qrupunun həmsədrlərinin - Fransa, Rusiya və ABŞ-ın status-kvonun qəbuledilməzliyini dəfələrlə bildirdiklərini diqqətə çatdıran Azərbaycan Prezidenti qeyd edib: “Sual verilir: neçə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır”.

Prezident İlham Əliyev vurğulayıb ki, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir. Eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər.

Sessiyada çıxış edən Finlandiya prezidenti Sauli Niinisto terrorizmlə mübarizənin ümumi prioritet olduğunu deyib, dünyada gedən demoqrafik proseslərdən danışıb. O, ətraf mühitin qorunmasının, bərpa olunan enerji mənbələrinin və gender bərabərliyinin əhəmiyyətinə toxunub.

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev çıxışında qeyd edib ki, beynəlxalq birlik terrorizm və ekstremizm ilə mübarizədə daha fəal olmalıdır, yalnız bu halda bu təhdidlərin qarşısını almaq mümkündür. O, regional inteqrasiya, iqlim dəyişikliyi, dayanıqlı inkişaf üçün biosferin qorunmasının vacibliyindən danışıb.

Son xəbərlər

Orphus sistemi