Yuxarı
    Bağlamaq

    Ermənistan Bakıda QDİƏT baş katibi seçkilərində iştirak etməyəcək

    Dinlə
    Seçkilər gələn ilin ortalarında Azərbaycan paytaxtında keçiriləcək

    Bakı. 26 iyun. REPORT.AZ/ Ermənistan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi seçkilərində iştirak etməyəcək.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərlə görüşən parlamentin QDİƏT-dəki nümayəndə heyətinin rəhbəri Qaqik Minasyan bildirib.

    Buna səbəb seçkilərin Azərbaycanda keçirilməsi göstərilib.

    "Biz bildirmişdik ki, seçkiləri Bakıda keçirməklə Təşkilat Ermənistanı iştirakdan məhrum edəcək. Amma qərar qəbul olunub və seçkilər gələn ilin ortalarında Bakıda keçiriləcək" - Q.Minasyan deyib.

    Xatırladaq ki, iyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclası çərçivəsində təşkilata sədrlik Azərbaycana keçəcək və müvafiq olaraq, QDİƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bakıda baş tutacaq.

    Əlavə edək ki, iyunun 27-də Azərbaycanı Şuranın Yerevanda keçiriləcək iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi