Yuxarı

Erkan Özoral: "Türkiyə terrorla mübarizə məsələsində heç bir ölkədən yardım almayıb"

​Erkan Özoral: "Türkiyə terrorla mübarizə məsələsində heç bir ölkədən
© Report / Firi Salim

"Türkiyə bu günə qədər Suriyadakı vətəndaş müharibəsindən qaçaraq ölkəmizə üz tutan qaçqınlar üçün 40 milyard dollar sərf edib".

"Report"un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Barış pinarı" hərəkatının gedişi və mövcud durum barədə Azərbaycanın aparıcı KİV rəhbərlərinə və təmsilçilərinə məlumat vermək məqsədilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Suriyadakı müharibələrdən qaçanlara ən çox qucaq açan ölkə Türkiyə olub:

"Türkiyə Suriyada baş verən vətəndaş müharibəsindən qaçan 3 milyon 650 mindən çox suriyalıya qucaq açıb. Biz onlara öz qardaşlığımızı göstəririk. Bu günə qədər Türkiyə qucaq açdığı həmin şəxslər üçün 40 milyard dollar xərcləyib. Bizə yalnız Avropa İttifaqı dəstək verib. Bu təşkilat isə söz verdiyi 6 milyard dollardan yalnız 3 milyardını bizə verib".

Səfir vurğulayıb ki, Türkiyə terrorla mübarizə məsələsində heç bir ölkədən yardım almayıb:

"Əksinə, bəzi ölkələr mübarizə apardığımız terror təşkilatlarına hərbi silah-sursatların çatdırılması üçün yardım göstərib. Biz Türkiyə olaraq Suriyada sülhün bərpa olunmasını istəyirik. Biz Suriyanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi