Bakı. 25 dekabr. REPORT.AZ/ Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti
“Report”un xəbərinə görə, məktubda deyilir:
“Cənab Prezident, Əziz Qardaşım.
Doğum gününüz münasibətilə Zati-alinizi xalqım, hökumətim adından və şəxsən öz adımdan ən səmimi hisslərlə və arzularla təbrik edirəm.
Bir tərəfdən öz gücünü ortaq dil, tarix və mədəniyyətimizdən alan qardaşlıq əlaqələrimizin, digər tərəfdən də Azərbaycan Respublikasının qətiyyətli rəhbərliyinizlə gündən-günə inkişaf edərək gücləndiyini məmnunluqla müşahidə edirəm. Türkiyə Respublikası və Azərbaycan Respublikası hər keçən gün bir-birinə daha da yaxınlaşmaqda və əlaqələrimiz güclənməkdədir.
Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan
Zati-alinizə yeni yaşınızda cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq arzulayıram”.