Emoməli Rəhmon: "Azərbaycanın uğurları, sosial-iqtisadi inkişafı bizi səmimi qəlbdən sevindirir"

Emoməli Rəhmon: "Azərbaycanın uğurları, sosial-iqtisadi inkişafı bizi səmimi qəlbdən sevindirir" Bakı. 10 avqust. REPORT.AZ/ İlham Heydər oğlu, dəvətə görə çox sağ olun. Biz dost Azərbaycanın uğurlarına, sosial-iqtisadi inkişafına, beynəlxalq arenada uğurlarına səmimi qəlbdən sevinirik.
Xarici siyasət
10 Avqust , 2018 11:03
Emoməli Rəhmon: Azərbaycanın uğurları, sosial-iqtisadi inkişafı bizi səmimi qəlbdən sevindirir

Bakı. 10 avqust. REPORT.AZ/ "İlham Heydər oğlu, dəvətə görə çox sağ olun. Biz dost Azərbaycanın uğurlarına, sosial-iqtisadi inkişafına, beynəlxalq arenada uğurlarına səmimi qəlbdən sevinirik".

"Report" xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib.

"Tacikistan Azərbaycanla çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinin bütün formatlarda dinamik inkişafı sevindiricidir. Əminəm ki, bizim bugünkü görüş bütün əsas məsələlər üzrə qarşılıqlı münasibətlərimizə yeni impuls verəcək. Sağ olun", - dövlət başçısı bildirib. 

Son xəbərlər

Orphus sistemi