Elxan Poluxov və Lətif Qəndilov səfir vəzifəsindən geri çağırılıb

Elxan Poluxov və Lətif Qəndilov səfir vəzifəsindən geri çağırılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Xarici siyasət
27 Oktyabr , 2016 18:25
Elxan Poluxov və Lətif Qəndilov səfir vəzifəsindən geri çağırılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Elxan Poluxovun Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Son xəbərlər

Orphus sistemi