Elmar Məmmədyarov ÜST Avropa üzrə regional Ofisinin direktorunu qəbul edib

Elmar Məmmədyarov ÜST Avropa üzrə regional Ofisinin direktorunu qəbul edib Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının bir sıra xəstəliklərlə mübarizədə ölkəmizə göstərdiyi yardımı yüksək qiymətləndirib
Xarici siyasət
11 İyun , 2015 22:46
Elmar Məmmədyarov ÜST Avropa üzrə regional Ofisinin direktorunu qəbul edib

Bakı. 11 İyun. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional Ofisinin direktoru Zsuzsanna Jakabı qəbul edib.

"Report"-un Azərbaycan XİN mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə ölkəmizi təbrik edən Zsuzsanna Jakab Azərbaycanın son dövrlər səhiyyə və sosial sahədə bir sıra uğurlar əldə etdiyini bildirib. Zsuzsanna Jakab ölkəmizin uğurla inkişaf etdiyini, donor ölkə kimi Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak etdiyini, bu səbəbdən ÜST-nin ölkəmizlə münasibətlərin genişləndirilməsi niyyətində olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etdiyini bildirən nazir Elmar Məmmədyarov sözügedən təşkilatın bir sıra xəstəliklərlə mübarizədə ölkəmizə göstərdiyi yardımı yüksək qiymətləndirib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi