Elmar Məmmədyarov Türkmənistanın yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Türkmənistanın yeni səfirini qəbul edib XİN başçısı səfir Mekan İşanquliyevə diplomatik fəaliyyətində uğurlar arzulayıb
Xarici siyasət
5 İyul , 2017 15:48
Elmar Məmmədyarov Türkmənistanın yeni səfirini qəbul edib

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri Mekan İşanquliyevi qəbul edib.

"Report"un məlumatına görə, görüşdə səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Mekan İşanquliyev ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Elmar Məmmədyarov səfir Mekan İşanquliyevə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi