Elmar Məmmədyarov Rusiyaya gedir

Elmar Məmmədyarov Rusiyaya gedir Azərbaycan XİN başçısı MDB-yə üzv dövlətlərin xarici işlər nazirləri şurasının iclasında iştirak edəcək
Xarici siyasət
7 Aprel , 2016 17:35
Elmar Məmmədyarov Rusiyaya gedir

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskva şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün bu gün Rusiyaya yola düşəcək.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.  

Məlumatda qeyd olunub ki, iclasda MDB çərçivəsində xarici işlər nazirlikləri arasında bir çox sahələrdə məsləhətləşmələrin həyata keçirilməsinə dair 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi