Elmar Məmmədyarov Qətərin yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Qətərin yeni səfirini qəbul edib Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb
Xarici siyasət
12 Yanvar , 2015 18:47
Elmar Məmmədyarov Qətərin yeni səfirini qəbul edib

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş səfiri Səyar Rəhman Əl-Mavdahı qəbul edib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, qarşılıqlı səfərlərin və iki ölkənin biznes dairələri arasında təmasların artırılmasının vacibliyi vurğulanıb.

Səyar Rəhman Əl-Mavdah ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib. 

Son xəbərlər

Orphus sistemi