Yuxarı

Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb
XİN rəhbəri Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi ilə əlaqədar tədbirlərdə iştirak edəcək
© Report

Bakı. 24 may. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

"Report" xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

Səfər əsnasında Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi ilə görüşləri, Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi və Respublika günü ilə əlaqədar Nyu-Yorkda keçiriləcək rəsmi mərasimlərdə iştirakı nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi