Elmar Məmmədyarov Moskvada naməlum əsgər abidəsini ziyarət edib - FOTO

Elmar Məmmədyarov Moskvada naməlum əsgər abidəsini ziyarət edib - FOTO Bu gün Rusiya və Azərbaycanın xarici işlər nazirləri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələsini də müzakirə edəcəklər
Xarici siyasət
25 May , 2015 13:17
Elmar Məmmədyarov Moskvada naməlum əsgər abidəsini ziyarət edib - FOTO

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində naməlum əsgər abidəsini ziyarət edib və abidənin önünə əklil qoyub. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, səfər çərçivəsində bu gün Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov Moskvada ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həmçinin Dağlıq Qarabağda münaqişənin nizamlanması məsələlərini müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi