Elmar Məmmədyarov Moldovanın yeni səfiri ilə görüşüb

Elmar Məmmədyarov Moldovanın yeni səfiri ilə görüşüb Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb
Xarici siyasət
24 Fevral , 2016 18:23
Elmar Məmmədyarov Moldovanın yeni səfiri ilə görüşüb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycandakı yeni təyin olunmuş səfiri George Leukanı qəbul edib

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə səfir George Leuka etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir George Leuka diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Moldova arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir George Leukaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi