Elmar Məmmədyarov Meksika prezidentinin andiçmə mərasimində iştirak edib

Elmar Məmmədyarov Meksika prezidentinin andiçmə mərasimində iştirak edib Bakı. 2 dekabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 1-də Meksika prezidenti Andres Manuel Lopez Obradorun ölkənin Deputatlar Palatasının binasında keçirilmiş andiçmə mərasimində iştirak edib.
Xarici siyasət
2 Dekabr , 2018 13:44
Elmar Məmmədyarov Meksika prezidentinin andiçmə mərasimində iştirak edib

Bakı. 2 dekabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 1-də Meksika prezidenti Andres Manuel Lopez Obradorun ölkənin Deputatlar Palatasının binasında keçirilmiş andiçmə mərasimində iştirak edib.

“Report” xəbər verir ki, mərasimə bir sıra dövlət başçıları, çoxsaylı yüksək səviyyəli qonaqlar da qatılıb.

Tədbir zamanı xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziri Marselo Ebrard Kasaubon ilə görüşüb. Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Meksika prezidentinə səlahiyyətlərinin başlanılması münasibətilə təbriklərini çatdırıb. Tərəflər Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin inkişafı potensialı və perspektivlərini müzakirə edib.

Bundan əvvəl Elmar Məmmədyarovun Meksikaya işgüzar səfərə yola düşdüyü xəbər verilmişdi.

Son xəbərlər

Orphus sistemi