Yuxarı

Elmar Məmmədyarov martın əvvəlində Rumıniyaya səfər edəcək

© Report/ Elchin Murad — Azərbaycan XİN başçısı Elmar Məmmədyarov

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın əvvəlində Rumıniyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva məlumat verib.

O, martın 4-də Buxarestdə keçiriləcək Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirlərinin görüşündə iştirak etməyi planlaşdırır.

Onun sözlərinə görə, görüş zamanı Şərqlə Qərb arasında əlaqə üçün dəniz və quru yük daşınması marşrutunun yaradılması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə dördtərəfli ekspert görüşü ötən ilin oktyabr ayında Aşqabadda keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi