Yuxarı

Elmar Məmmədyarov Kosta Rikaya gedib

Nazirin Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub
© Report

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfərə yola düşüb.

"Report" XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirin səfər çərçivəsində Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslərlə görüşü, Azərbaycan Respublikası Hökuməti və Kosta Rika Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, M.Qonsales ötən il oktyabrın 19-20-də Azərbaycanda səfərdə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi