Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan səfirini qəbul edib Kim Çanq Gyu etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Xarici siyasət
23 Oktyabr , 2015 16:29
Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Kim Çanq Gyunu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfir Kim Çanq Gyu etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Kim Çanq Gyuya diplomatik fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi