Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Osvensimin azad olunmasının 70 illiyinə həsr olunmuş anım mərasimində iştirakı çərçivəsində İsrailin milli infrastruktur, enerji və su təchizatı naziri Silvan Şalon ilə görüşüb. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.
Görüşdə iki ölkə arasındakı əlaqələrin mövcud inkişafından məmnunluq ifadə olunaraq, iqtisadi əlaqələrin inkişaf etdirilməsi və su təchizatı, səhralaşmanın qarşısının alınması istiqamətində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparılıb.
Silvan Şalon Azərbaycan Respublikasının Osvensimin azad olunmasının 70 illiyinə həsr olunmuş anım mərasimində iştirakının yüksək qiymətləndirildiyini qeyd edərək təşəkkürünü ifadə edib.