Yuxarı

Elmar Məmmədyarov İsveçrə səfirini Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Elmar Məmmədyarov İsveçrə səfirini diplomatik fəaliyyətinin başa çatma

Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrənin Azərbaycandakı səfiri Filip Ştadleri ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. 

XİN-dən "Report"a verilən məlumatına görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər.

Regionun mənzərəsini dəyişən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən digər layihələr haqqında danışan nazi bir sıra İsveçrə şirkətləri ilə bu xüsusda uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

İki ölkə arasında enerji sahəsində səmərəli işbirliyinin mövcudluğuna toxunan tərəflər tezliklə Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçiriləcəyini bildiriblər. 

Görüş zamanı həmçinin Filip Ştadlerin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səyləri yüksək qiymətləndirilib. Səfir diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə edib. 

Nazir Filip Ştadlerə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi