Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfirini qəbul edib

Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfirini qəbul edib Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub
Xarici siyasət
16 Yanvar , 2015 18:41
Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub və iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğu qeyd edilib.

Səfir Vinod Kumar diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Vinod Kumara gələcək fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi