Gürcüstan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 23-də Tbilisidə keçiriləcək səkkizinci görüşündə 2020-2022-ci illər üçün fəaliyyət planı müzakirə olunacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın
Qeyd olunub ki, sənəddə hər üç ölkənin müvafiq qurumlarının konkret fəaliyyətləri öz əksini tapacaq.
Gürcüstanın baş naziri Giorgi Qaxaria Azərbaycan və Türkiyənin xarici işlər nazirləri – Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə görüş keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri və perspektivlər barədə fikir mübadiləsi aparılacaq.
E.Məmmədyarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin parlament sədri Arçil Talakvadze ilə də görüş keçirəcək.