Azərbaycan xarici işlər naziri Fransaya yola düşüb

Azərbaycan xarici işlər naziri Fransaya yola düşüb Nazir Avropa Şurası Nazirlər Komitəsinin 1263-cü iclasında iştirak edəcək
Xarici siyasət
6 Sentyabr , 2016 11:18
Azərbaycan xarici işlər naziri Fransaya yola düşüb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfər edib.

XİN-dən "Report"a verilən məlumata görə, nazir 7 sentyabr 2016-cı ildə Strasburq şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 1263-cü iclasında iştirak etmək üçün Fransaya yola düşüb.

Elmar Məmmədyarovun sözügedən tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi