Elmar Məmmədyarov fransalı həmkarı ilə Azərbaycan və Ermənistan prezidentlərin Vyana görüşünün nəticələrini müzakirə edib

Elmar Məmmədyarov fransalı həmkarı ilə Azərbaycan və Ermənistan prezidentlərin Vyana görüşünün nəticələrini müzakirə edib Nazirlər münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tam bərpa edilməsinin əhəmiyyətini təsdiq ediblər
Xarici siyasət
19 May , 2016 13:49
Elmar Məmmədyarov fransalı həmkarı ilə Azərbaycan və Ermənistan prezidentlərin Vyana görüşünün nəticələrini müzakirə edib

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, söhbət zamanı tərəflər Vyanada keçirilən Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında geniş fikir mübadiləsi aparıblar.

Nazirlər atəşkəs rejiminə əməl edilməsinə dair razılığa hörmət edilməsinin, habelə münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tam bərpa edilməsinin əhəmiyyətini təsdiq ediblər. 

E.Məmmədyarov Fransa tərəfinin Vyanada prinsip etibarilə razılaşdırılan ən qısa zamanda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə hazır olmasını alqışlayıb. 

Tərəflər, həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin gündəliyində olan digər məsələləri müzakirə ediblər.

Fransalı nazir həmkarının Azərbaycana rəsmi səfər etmək dəvətini məmnuniyyətlə qəbul edib.

Son xəbərlər

Orphus sistemi