Elmar Məmmədyarov: "Demokratiyanın gücləndirilməsi və insan haqlarına riayət edilməsi Azərbaycan üçün əsas prioritetdir"

Elmar Məmmədyarov: "Demokratiyanın gücləndirilməsi və insan haqlarına riayət edilməsi Azərbaycan üçün əsas prioritetdir" XİN başçısı: "Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır"
Xarici siyasət
27 Fevral , 2018 13:36

Bakı. 27 fevral. REPORT.AZ/ "Demokratiyanın gücləndirilməsi və insan haqlarına riayət edilməsi Azərbaycan üçün əsas prioritetlərdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycan ölkədə təhsil və səhiyyənin inkişafına böyük diqqət yetirir.

O, Azərbaycanın qadınlara səs vermək hüququ verən ilk ölkələrdən biri olduğunu xatırladıb.

"Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Ölkədə müxtəlif dinlərin və millətlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar", - E.Məmmədyarov bildirib.

Son xəbərlər

Orphus sistemi