Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Daşkənddə keçiriləcək 43-cü xarici işlər nazirləri şurasında iştirak edəcək.
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, şura oktyabrın 18 və 19-da “Təhsil və Maarifçilik: Sülh və Yaradıcılığa doğru yol” mövuzusu altında keçiriləcək.
İƏT xarici işlər nazirlərinin şurasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.