Yuxarı

Azərbaycan XİN başçısı: "Bakı və Moskva arasındakı münasibətlər strateji əməkdaşlığın uğurlu nümunəsidir"

​Elmar Məmmədyarov: "Bakı və Moskva arasındakı münasibətlər nümunədir
© Report / Firi Salim

"Rəsmi Bakı və Moskva arasında böyük və ciddi hüquqi baza var, ikitərəfli münasibətlər strateji əhəmiyyətə malikdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Ümumilikdə deyə bilərəm ki, bütün məsələlər müzakirə olundu. Münasibətlərimiz strateji əməkdaşlığın uğurlu nümunəsidir", - E.Məmmədyarov vurğulayıb.

Onun sözlərinə görə, tərəflər Rusiya və Azərbaycan XİN-ləri arasında 2020-ci il üçün Məsləhətləşmə Planını imzalayıblar.

Nazir bildirib ki, ölkələr arasındakı ticarət dövriyyəsi artmaqdadır: "Hazırda bu, 2,5 milyard ABŞ dolları təşkil edir və ilin sonuna qədər 3 milyard dollara çata bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi