Yuxarı

Elmar Məmmədyarov Azərbaycanın KTMT-yə üzv olması ilə bağlı iddialara münasibət bildirib

Elmar Məmmədyarov Azərbaycanın KTMT-yə üzv olması ilə bağlı iddialara münasibət bildirib
Dinlə

© Report/ Elchin Murad — Xarici işlər naziri Elmar Məmmədyarov

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Azərbaycan Respublikası tarazlı xarici siyasət yürüdür".

“Report” xəbər verir ki, bunu RİA "Novosti”yə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

“Biz KTMT üzvü olan bütün dövlətlərlə geniş ikitərəfli dialoq və qarşılıqlı faydalı bərabər əməkdaşlıq əlaqələrini inkişaf etdiririk. Təbii ki, Azərbaycana qarşı hərbi təcavüz siyasətini davam etdirən, ölkəmin beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edən, həmin yerlərdə azərbaycanlıların ucdantutma qanlı etnik təmizlənməsini həyata keçirən Ermənistan bu mənada istisna təşkil edir”, - nazir vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi