Yuxarı

Elmar Məmmədyarov: "Azərbaycan və Ermənistan XİN başçılarının görüşü yanvarın ortalarında Avropada keçiriləcək"

Elmar Məmmədyarov: "Azərbaycan və Ermənistan XİN başçılarının görüşü yanvarın ortalarında Avropada keçiriləcək"
Növbəti görüş üçün həmsədrlərin təkliflərini gözləyirik
© Report/ Firi Salim

Bakı. 20 dekabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşünün yanvarın ortalarında Avropada keçirilməsi barədə razılıq əldə olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

"Deyə bilərəm ki, yanvarın ortalarında Avropa ölkələrindən birində görüş keçirmək barədə razılığa gəlmişik. Vyanadakı görüşümüz 8 saatdan artıq davam etdi. Bu və ya digər tərəfdə narazılıq yaradan məsələlərin həlli yollarını müzakirə etdik və növbəti görüş üçün həmsədrlərin təkliflərini gözləyirik. Bizim üçün danışıqların ilk növbədə məhsuldar olması vacibdir", - E.Məmmədyarov deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi